Mingəçevirdə toy karvanında qəza: yaralananlar var - FOTO

Qaydalar 5 Avqust 2019 15:14 Oxunub 2289
Mingəçevirdə toy karvanında qəza: yaralananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparılır

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh