Bakıda qeyri-adı yol - DYP-dən açıqlama - FOTO

Xəbərlər 7 Avqust 2019 19:46 Oxunub 4064
Bakıda qeyri-adı yol - DYP-dən açıqlama - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər bu nöqtədə çətin sual qarşısında qalır; olar, ya olmaz?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az-da yayılan bu materialı dərhal nəzarətə götürüb. İdarənin əməkdaşları qeyd edilən yerə baxış keçirib. DYP-dən bildirilib ki, həmin yerdə heç bir problem yoxdur.

Asfalt üzərindəki düzünə və sola nişanlanma xətti qarşıdakı svetofor obyektinə aiddir və qaydalara görə, 1.8.1 nişanlanma xətti yolayrıcına qədər 3 dəfə təkrar olunmalıdır. Bu baxımdan, həmin nişanlanma xətii qırıq-qırıq xətdən sonra çəkilib ki, bu da heç bir problem yaratmır. Təqdim olunan sonuncu 2 fotodan da bunu aydın görmək mümkündür.

***

Oxuculardan biri Avtosfer.az-a Bakıda yol hərəkətinin təşkilində kobud səhvi əks etdirən foto göndərib. Foto Badamdar qəsəbəsində yerləşən "Caspian Hostpital"ın qarşısında çəkilib. Oxucu bildirib ki, Badamdar qəsəbəsində yollarda bir neçə gün əvvəl xətlər yenilənib. Geriyə isə maraqlı mənzərə qalıb. Asfalt üzərində düzünə və sola nişanlanma xətti var. Bu o deməkdir ki, avtomobillər həm düzünə gedə bilər, həm də sola və ya geriyə dönə bilərlər. Lakin qırıq-qırıq xətt sağda yox, solda çəkilib. Bu isə o deməkdir ki, sol zolaqla gələnlər sola və geriyə dönə bilərlər. Beləliklə, sürücülər bu nöqtədə çətin sual qarşısında qalır; sola və geriyə dönmək olar, ya olmaz?
Qanunvericiliyə nəzər salsaq, həm olar, həm də olmaz. Belə halda isə sürücü iki variantdan birini seçib hərəkət edə bilər. Amma xanım oxucumuz deyir ki, günün pik saatlarında məhz yol hərəkətinin təşkilindəki bu səhv ucbatından həmin yerdə sıxlıq yaranır. Ərazidə yaşayanlar dönüb evlərinə gedə bilmirlər.
Ümid edirik ki, aidiyyatı qurumlar bu problemi tezliklə həll edəcəklər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh