Bakıda yaşlı kişi qəzaya səbəb oldu; "Nissan" qarşı yola düşdü - VİDEO

Avtosfer TV 8 Avqust 2019 16:19 Oxunub 1931
Bakıda yaşlı kişi qəzaya səbəb oldu;  "Nissan" qarşı yola düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb

Bakıda yaşlı kişi qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası yaxınlığında qeydə alınıb. Görüntülərdə, piyadalar üçün müəyyən olunmayan yerdən – yolun bir hissəsindən digərinə keçmək istəyən bir yaşlı kişi görülür. Bu anda şəhər istiqamətinə hərəkətdə olan “Nissan Versa” markalı avtomobilin sürücüsü yaşlı piyadanı vurmamaq üçün sərt manevr edir. Daha sonra sükan idarəetməsini itirən sürücü səkiyə çıxaraq əks yola keçir. Hadisə nəticəsində xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb.

İnsidentin kadrları Rafiq Hunaltay adlı “facebook” istifadəçisinin idarə etdiyi avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az qəzanın videosunu təqdim edir:

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh