Yolda bıçaqlı dava: sürücü ürəyindən bıçaqlandı

Qaydalar 8 Avqust 2019 17:28 Oxunub 3072
Yolda bıçaqlı dava: sürücü ürəyindən bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisəni törədib qaçan şəxslərin axtarışlarına başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində yolda sürücülər arasında düşən mübahisə bıçaqlı davaya çevrilib. Davada hər iki - “Hyundai Solaris” və “Daewoo Nexia” markalı avtomobillərin sərnişinləri də iştirak edib.

Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident avqustun 7-si Aleksandr Nevski körpüsündən Zanevski prospekti istiqamətində hərəkət edən zaman baş verib.

Hadisə nəticəsində “Daewoo”nun 30 yaşlı sürücüsü ürək nahiyəsindən aldığı ağır bıçaq zərbələri ilə, sərnişini isə burun qırılması və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Hücum çəkənlər isə hadisə yerindən qaçıblar.

“Maşın dayandı içindən 4 və ya 5 nəfər düşdü, mənim burnumu qırdılar, başıma yumruqla təpiklə vurdular. Onu isə hər yerini bıçaqladılar. Konfliktin hansı səbəbdən yarandığını anlamıram” – deyə xəsarət alan sərnişin söyləyib.

Polis hadisəni törədib qaçan şəxslərin axtarışlarına başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh