Maşınları əzən öküzün sahibini nə gözləyir? - Açıqlama - VİDEO

Yazarlar 11 Avqust 2019 11:15 Oxunub 7441
Maşınları əzən öküzün sahibini nə gözləyir? - Açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvan sahibləri qanunla məsuliyyət daşıyırlar

Xəbər verdiyimiz kimi, dünən Ziya Bünyadov prospektində qəssabdan qaçan öküz xeyli müddət nəqliyyatın hərəkətini iflic edib və nəticə də bir neçə avtomobilə ziyan dəyib. Dəymiş ziyanın kimin tərəfindən ödənilməsi və kimin məsuliyyət daşımasını öyrənmək üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlıya müraciət etdik. Ekspert “Yeni Sabah”a açıqlamasında bildirdi ki, dəymiş ziyan heyvan sahibləri tərəfindən ödənilməlidir. “Baş vermiş hadisə yollarımızda tez-tez yaranan hal deyil, amma ara-sıra belə hadisələr baş verir. Nəqliyyat vasitəsinə zərər vuran tərəf, yəni heyvan sahibləri qanunla məsuliyyət daşıyırlar. Dəymiş zərəri heyvan sahibləri ödəməlidir. 

Deyək ki, yollarda mal-heyvanları sahibsiz buraxırlar, xüsusən rayon yerlərində belə hallar olur və hər hansı nəqliyyat hadisəsi baş verir. Köhnə təcrübəyə nəzər salsaq görərik ki, əvvəllər heyvan sahibləri hadisədə əzilmiş və ya ölmüş mal-qaralarının pulunu sürücüdən istəyirdi. Amma get-gedə təbliğat işləri aparıldı və məlum oldu ki, belə situasiyada günahkar mal-qaranı nıəzarətsiz qoyan şəxsdir. Qanuna görə, mal-qaranı nəzarətsiz buraxan vətəndaşlar yaxşı halda 40 manat cərimə olunmalıdır. Amma avftomobilə zərər dəyibsə, bu zərəri də mal-qara sahibləri ödəməlidirlər.

Dünən baş vermiş hadisənin də səbəbi araşdırılamalıdır. Bu heyvanın sahibi kimdirsə, polis tərəfindən tapılmalı və həmin şəxs avtomobillərə dəymiş ziyanı ödəməlidir. Əgər heyvanın sahibi pulu ödəməkdən imtina edərsə, o zaman  polis o şəxsi aşkarlayıb protokol yazmalıdır, 40 manat cərimə yazıla bilər. Onun bir nüsxəsi də zəzərçəkən sürücüyə verilməlidir. Sürücülər də həmin protokol əsasında heyvanın sahibini məhkəməyə verərək dəymiş zərəri tələb edə bilərlər. Bunun başqa variantı yoxdur, qanun belə deyir. 

Mən deməzdim ki, heyvan sahibi qəsdən açıb buraxıb və belə xoşagəlməz hadisə baş verib. Amma baş veribsə də, bu ziyanı ödəmək onun borcudur”.

 

Maşınları əzən öküzün sahibini nə gözləyir? -

ŞƏRH YAZ
Ad

E-mail

Şərh