Azərbaycanda polisi bıçaqlayıb qaçdılar – Yol polisi yaxaladı - FOTO

Yol polisi 12 Avqust 2019 09:25 Oxunub 9141
Azərbaycanda polisi bıçaqlayıb qaçdılar – Yol polisi yaxaladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beş nəfər Rauf Məmmədovu bıçaqlayaraq “BMW-X5” markalı avtomobillə hadisə yerindən qaçıb

Avqustun 9-da, axşam saat 23:45 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədov adları və kimlikləri tam bəlli olmayan Yardımlı rayon sakinləri tərəfindən bıçaqlanıb. Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmmədova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri “BMW-X5” markalı avtomobillə hadisə yerindən qaçıblar. Lakin məsələyə cəld reaksiya verən Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11 taqımının komandiri, mayor Hikmət Qafarov və taqımın inspektorları baş serjant Ramil Tapdıqov, baş serjant Vahid Huseynov və serjant Nurlan Həsənov operativlik göstərərək hadisə yerindən qaçan şəxslərin olduğu “BMW-X5” markalı minik avtomobilini aşkar edərək saxlayıblar. Avtomobil Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına qoyulub.
Şahidlərin dediyinə görə, polis əməkdaşını bıçaqlayan Yardımlı rayon sakini Ceyhun adlı şəxs olub. Ümumilikdə hadisəni törədənlər beş nəfər olub. Avtomobili idarə edən isə Yardımlı rayon sakini İbayev Sərvər Teymur oğludur.
Faktla bağlı araşdırmalar aparılır.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh