Şəmkirdə yol qəzası: 3 nəfər ağır xəsarət alıb

Qəzalar 12 Avqust 2019 09:46 Oxunub 911
Şəmkirdə yol qəzası: 3 nəfər ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkir rayonunda  3 nəfərin  yaralanması ilə nəticələn ağır yol-nəliqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonunun Çinarlı kəndində qeydə alınıb. Belə ki, “VAZ 21010” maraklı minik avtomobili ilə digər “VAZ” markalı minik maşını toquşub. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə olan qadını çıxardıblar. Qəza nəticəsində 1964-cü il təvəllüdlü Xəlilov Aftandil Yaqub oğlu, 1961-ci il təvəllüdlü Əliyev Mətləb Ələsrəf oğlu və Əliyeva Şəlalə Mahmud qızı xəsarət alıblar. Xəstəxadan bildirilib ki, yaraların vəziyyəti orta ağır olaraq qalır. Qadının vəziyyəti daha ağırdır. Onun bel nahiyyəsindən ağır xəsarət aldığı bildirilir. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh