Turistlərin olduğu “Mi-8” helikopteri sərt eniş edib

Qəzalar 13 Avqust 2019 11:38 Oxunub 979
Turistlərin olduğu “Mi-8” helikopteri sərt eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların dəqiq sayı müəyyənləşdirilir

Rusiyanın Kamçatka əyalətində “Mi-8” helikopterinin sərt eniş etməsi nəticəsində 3 nəfər xəsarət alıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident Jupanov çayı yaxınlığında “Dzensu” turizm bazasının ərazisində qeydə alınıb.

Helikopter Xalaktırark aeroportundan havaya qalxıb və göyərtəsində 22 turist olmaqla ümumilikdə 25 nəfər olub.

Artıq 13 nəfər evakuasiya edilib. İki yaralı ayağından xəsarət alıb. Üçüncünün isə boyun fəqərələri sınıb. Onlar Elizov xəstəxanasına yerləşdiriliblər.

Yerli mətbuatın bildirdiyinə görə, helikopter Kronoçko qoruğuna düşüb. Onun quyruğu zədələnib. Qəza ilə bağlı Kamçatka Nəqliyyat Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaralıların dəqiq sayı müəyyənləşdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh