Tovuzda bir gündə iki dəhşətli qəza; iki nəfər ölüb, iki yaralı

Qəzalar 26 May 2014 12:54 Oxunub 1655
Tovuzda bir gündə iki dəhşətli qəza; iki nəfər ölüb, iki yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qəzada avtomobillər yoldan çıxaraq ağaca, hasara və qaz borusuna çırpılıb

Azərbaycanın Tovuz rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 24-də saat 02 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində, kənd sakini Rəşad Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı hasara vurub. R.Məmmədovun sərnişinləri, rayon sakinləri Elsevər Əhmədov və Sevil Sadıqova xəstəxanaya yerləşdirilib. Onlar orada dünyasını dəyişiblər. Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tovuz rayonu Qovlar şəhərində də yol-nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 21 yaşlı Çatax kənd sakini Asif Abdullayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən maşın yoldan çıxaraq ağaca, daha sonra isə qaz borusuna çırpılaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı ağır xəsarət alan sürücü, Asif Abdullayev Tovuz rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qaz İstismar Sahəsinin əməkdaşları sıradan çıxan qaz boru kəmərini bərpa ediblər. Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh