"Formula 1" komandalarında pilotların yerdəyişməsi baş verib

Yarışma 13 Avqust 2019 14:19 Oxunub 1793
"Formula 1" komandalarında pilotların yerdəyişməsi baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik 30 avqust - 1 sentyabrda keçiriləcək Belçika Qran-prisindən etibarən qüvvəyə minəcək

"Red Bull" komandası yay fasiləsindən sonra heyətində dəyişiklik etməyi qərara alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Formula 1" mövsümünün ilk yarısındakı zəif nəticələri ilə əlaqədar fransalı pilot Pyer Qasli "Toro Rosso"ya keçirilib.

Əsas komandada onun yerini tailandlı yeni tapıntı Aleksander Albon tutacaq. Dəyişiklik 30 avqust - 1 sentyabrda keçiriləcək Belçika Qran-prisindən etibarən qüvvəyə minəcək. Qasli rusiyalı Daniil Kvyatın, Albon isə hollandiyalı Maks Ferstappenin yeni komanda yoldaşı olacaq.

Qeyd edək ki, "Formula 1"də ilk 12 Qran-pridən sonra Pyer Qasli 63 xalla 6-cı, Aleksander Albon isə 16 xalla 15-ci pillədə qərarlaşıb. Əvəzində Maks Ferstappen 181 xalla 3-cü, Daniil Kvyat 27 xalla 9-cu pillədə yer alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh