Gürcüstanda yol infrastrukturuna xərclənən vəsait 36% artıb

Yeniliklər 13 Avqust 2019 14:39 Oxunub 2850
Gürcüstanda yol infrastrukturuna xərclənən vəsait 36% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvar-iyunda Gürcüstanda 200 kilometrə yaxın yol bərpa olunub

Bu ilin I yarısında Gürcüstanda yol infrastrukturunun yaxşılaşdırılmasına 397,838 milyon lari (təxminən, 137 milyon ABŞ dolları) vəsait xərclənib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentinin 6 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% çoxdur.

Yanvar-iyunda Gürcüstanda 200 kilometrə yaxın yol bərpa olunub, 10 körpüdə isə təmir-bərpa işləri aparılıb. Bu ilin sonuna qədər qonşu ölkədə 550 kilometr yolun bərpa olunması nəzərdə tutulub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh