Hacıqabulda iki avtomobil toqquşdu: 7 yaralı - FOTO

Qəzalar 13 Avqust 2019 13:46 Oxunub 933
Hacıqabulda iki avtomobil toqquşdu: 7 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.  Xəsarət alanlar - Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, İmişli sakinləri - 1966-cı il təvəllüdlü Əzizov Nazim Çərkəz oğlu, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı, 2014-cü il təvəllüdlü Əzizov Nazim Nahim oğlu, Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrayıl oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızı və Eyvazov Vüsal Ələmdar oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

 

*** Saat 11:08

 

Hacıqabulda ağır yol qəzası baş verib.  Hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh