Yol polisinin daha bir məşhur adamı işdən çıxarıldı - Müşfiq Rəhimov getdi

Yol polisi 13 Avqust 2019 15:48 Oxunub 19810
Yol polisinin daha bir məşhur adamı işdən çıxarıldı - Müşfiq Rəhimov getdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir DYP-də daha bir islahat aparıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb. Avtosfer.az xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh