Salyanda yol qəzasında bir nəfər xəsarət alıb

Qəzalar 13 Avqust 2019 23:20 Oxunub 1242
Salyanda yol qəzasında bir nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kənd ərazisində qeydə alınıb.

Belə ki, Şəkinin Aran kənd sakini, 1966-ci il təvəllüdlü Əhmədov Valeh Yasin oğlu idarə etdiyi minik avtomobilini saxlayıb. Maşından düşüb yolu keçmək istəyərkən digər avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh