Atışmada polis öldürülüb

Gündəm 14 Avqust 2019 07:27 Oxunub 643
Atışmada polis öldürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha dörd nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatında polisin ölümü ilə nəticələnən silahlı insident baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” yerli polis idarəsinə istinadən yayıb.

Qeyd olunub ki, atışmada daha dörd nəfər yaralanıb. Onlardan ikisi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır. Polisi öldürən şəxs isə zərərsizləşdirilib. Hadisə polisin avtomobili saxlayıb yoxlamasından sonra baş verib. Belə ki, sürücü gizlətdiyi silah vasitəsi ilə polisə bir neçə dəfə atəş açıb. Polis aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisə yerinə gələn üç polisdən ikisi isə güllə yarası alıb. Birinin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa iki mülki vətəndaş atışmada yaralanıb. Nəticədə hadisə yerinə çoxlu sayda güc strukturunun əməkdaşları cəlb edilib və cinayətkar zərərsizləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh