Elektrik mühərrikli ilk təyyarə Norveçdə qəza enişi edib

Qəzalar 15 Avqust 2019 09:49 Oxunub 868
Elektrik mühərrikli ilk təyyarə Norveçdə qəza enişi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza enişinin səbəbi məlum deyil

Norveçin cənubundakı Arendal şəhəri yaxınlığında “Alpha Electro” tipli ikinəfərlik elektromühərrikli təyyarə gölün üzərinə məcburi eniş edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Sloveniyanın “Pipistrel” müəssisəsi tərəfindən istehsal olunan təyyarə Norveçin “Avinor” şirkətinə məxsusdur. Təyyarənin şturvalı arxasında şirkətin rəhbəri Dak Falk-Peterson, onun sərnişini isə Norveç hökumətinin xanım məmuru olub. Onların hər ikisi insident zamanı xəsarət almayıb. Qəza enişinin səbəbi məlum deyil. Uçuş “Avinor” şirkəti tərəfindən Norveç aviasiyasının 2040-cı ilədək elektrikləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilib. Ehtimal olunur ki, qəza enişi bu planı gecikdirə bilər.

Qeyd edək ki, iyulda “Pipistrel”in daha bir “Alpha Electro” təyyarəsi Finlandiyada uğurla sınaqdan keçib. Elektrik mühərrikli təyyarələrin əsas üstünlüyü kimi onların ekoloji baxımdan zərərli olmaması və səssizliyi göstərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh