"Bu görməmişlikdir, biabırçılıqdır" - Açıqlama

Xəbərlər 15 Avqust 2019 13:36 Oxunub 5340
"Bu görməmişlikdir, biabırçılıqdır" - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu nə həyasızlıqdır axı?

Qəbələdə istirahət mərkəzlərinin birində nəqliyyat vasiətlərinin həm girişi, həm də çıxışı üçün pul tələb olunması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Correct.az xəbər verir ki, sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində nəqliyyat vasitələrinin girişi və çıxışı üçün pul tələb olunmasını əks etdirən fotoşəkillərin yayılması etiraz və tənqidlə qarşılanıb. 

İstifadəçilər bildiriblər ki, nəqliyyat vasitələrinin həm girişi, həm də çıxışı üçün pul tələb olunması özbaşınalıqdır. 

Məsələ ilə bağlı Correct.az-a açıqlama verən yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu ilk belə hal deyil və belə halların yaşanması sadəcə olaraq biabırçılıqdır: 

"Bir çox yerlərdə bu kimi hallarla qarşılaşırıq, yəni bu birinci hal deyil. Bəzi yerlər var ki, məsələn Göygöl istirahət mərkəzi. Orada adam sayına görə 2 manat ödəniş tələb olunur Ekologiya və təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən. Bundan dolayı istirahət mərkəzinin ərazisində park etmək üçün xüsusi yerlər var ki, ona görə də əlavə ödəniş alınır. Belə hallar bizim üçün sensasiya deyil. Bunu da bələdiyyələr, yerli icra orqanları edirlər. bu sadəcə olaraq biabırçı mənzərədir. Ola bilər ki, dövlət tərəfindən hansısa bir rüsum müəyyənləşsin giriş üçün. lakin girişdə ödəniş etdikdən sonra yenə giriş üçün pul tələb olunması biabırçılıqdır. Üstəlik bu azmış kimi çıxışda da pul alınması rəzalətdir, belə görməmişlik olmaz. Turizm inkişaf edir, turistlər gəlir deyə bu qədər həyacanlanıb belə biabırçılıq etmək nəyə lazımdır axı? Mən düşünürəm ki, bu sahədə xüsusi bir qayda-qanun yaratmağın zamanıdır. Əks təqdirdə bu çox pis bir nümunə olacaq. Təsəvvür edin ölkənin ən bahalı yeri sayılan Nizami küçəsində (Tarqovı) dönər 2 manata, 2.5 manata satılır amma Şəkidə, Marxalda, Qəbələdə dönərin birini 5 manata satırlar. Kababın şişi 10 manatdır. Bunlar düşünürlər ki, buraya ərəb gəlir, onları soymaq lazımıdr. Bu nə abırsızlıq, bu nə həyasızlıqdır? Sən ərəbdən girəndə də çıxanda da pul aldın, dönəri 5 manata, kababı 10 manata satdın, pulu var aldı, bəs yerli adamlar, həmyerlilərimiz bunu necə alsın? Belə biabırçılıq olmaz".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh