3 avtomobil toqquşdu: 3 ölü, 7 yaralı - FOTO

Avtosfer Foto 15 Avqust 2019 17:45 Oxunub 1525
3 avtomobil toqquşdu: 3 ölü, 7 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Diyarbəkir vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident günorta saatlarında Diyarbəkır-Bingöl avtomagistralının Çaytəpə məhəlləsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 12 AAD 687 qeydiyyat nişanlı avtomobil, eyni istiqamətdə hərəkətdə edən 21 AZ 322 qeydiyyat nömrə nişanlı maşına çırpılıb.

Zərbənin gücündən idarəetmədən çıxan 12 AAD 687 qeydiyyat nişanlı avtomobil əks yoldan gələn Məhmət Bozun (49) idarə etdiyi 35 AD 412 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə Məhmət Boz, oğlu Bayram Boz (14) və Sıddıq Labac ölüblər. Eyni maşında aralarında uşaqların da olduğu 4 nəfər - digər avtomobillərdə olan 3 nəfər yaralanıb.

Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh