Masazırda bir ailə yol qəzasına düşdü: xəsarət alanlar var

Qəzalar 16 Avqust 2019 08:16 Oxunub 763
Masazırda bir ailə yol qəzasına düşdü: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb

Abşeron rayonu Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Əhmədov Səxavətə döş qəfəsinin küt travması, Əhmədova Səadətə burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh