“Chevrolet” və “Lada” ilə toqquşdu: 6 ölü - FOTO

Qəzalar 16 Avqust 2019 09:56 Oxunub 1108
“Chevrolet” və “Lada” ilə toqquşdu: 6 ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis ölən şəxslərin kimliyini müəyyənləşdirmək istiqamətində araşdırmalar aparır

Çeçenistanda iki avtomobilin iştirakı ilə baş verə yol qəzasında 6 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə “Qafqaz” federal avtomagistralında qeydə alınıb.

Məlumata görə, Qroznı şəhərinin girişi yaxınlığında “Chevrolet” və “Lada Qranta” markalı minik avtomobilləri toqquşub. Nəticədə altı nəfər aldığı xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər, 1 nəfər isə yaralanıb.

Polis ölən şəxslərin kimliyini müəyyənləşdirmək istiqamətində araşdırmalar aparır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh