Qəza baş verəndə niyə tıxac olur? - Bakı ilə Minsk arasındakı fərq - VİDEO - FOTO

Maraqlı 16 Avqust 2019 14:06 Oxunub 1627
Qəza baş verəndə niyə tıxac olur? - Bakı ilə Minsk arasındakı fərq - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Normalda bu cür hallarda tıxac olmamalıdır

Jurnalist Ruslan Musayev Belarusun paytaxtı Minsk şəhərində çəkdiyi videonu paylaşıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə yolayrcında qəza baş verdiyi görünür. Yol polisi ərziyə gələrək qəzanın səbəblərini araşdırır. Amma yolda heç bir tıxac yoxdur. Səbəb isə sadədir. Qəza yerində avtomobil saxlayıb video çəkən, sadəcə tamaşa edən, iki-üç sıra maşını saxlayıb guya “köməyə tələsən”, qəza yerindən keçəndə boylananlar yoxdur.

Təssüf ki, son zamanlar BNA qəza ilə bağlı məlumatlar yayanda ərazidə tıxac olduğunu xəbərdarlıq edir. Normalda bu cür hallarda tıxac olmamalıdır. Səbəb nə yolun darlığı, nə hərəkət təşkili, nə də digər problem deyil. Sadəcə sürücülərin mədəniyyətsizliyi və insanların həddindən artıq bu cür hadisələrə maraqlı olmasıdır. Bəzən isə axşam çayxanada oturanda “qaqan qəza yerinə birinci çatdı, ilk videonu mən çəkdim” sözünü demək üçün digər sürücülər saatlarla tıxacda gözləyirlər.

Amma bu görüntülərdə qəza törədən sürücülər və yol polisindən başqa ərazidə heç kim dayanmayıb. Videonu təqdim edirik:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh