Qusarda sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edilib - FOTO

Gündəm 16 Avqust 2019 17:58 Oxunub 708
Qusarda sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla əlaqədar araşdırmalar aparılır

Qusarda pul oğurlayan taksi sürücüsü həbs edilib. Daxili İşlər Nazirliynin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib. 

Həmin sürücü Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh