Xanım sürücünün maşınını vurub qaçan sərxoş sürücü yaxalandı - VİDEO

Qaydalar 17 Avqust 2019 19:11 Oxunub 2369
Xanım sürücünün maşınını vurub qaçan sərxoş sürücü yaxalandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yaralansa da, qaçmağa çalışıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Sürücü Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2114" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman onun avtomobili xanım sürücünün idarə etdiyi "Infiniti" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sürücü H.Məmmədov xəsarət alıb. O, hadisə yerindən yayınıb. Əraziyə cəlb olunan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindən xəsarət alaraq qaçan H.Məmmədovu saxlayıb. Nəsimi RPİ-dən verilən məlumata görə, sürücü sərxoş vəziyyətdə olub. Sürücü özü isə avtomobildə sərnişin olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh