Dünya çempionunun həlak olduğu qəzanın yeni görüntüləri – VİDEO

Gündəm 17 Avqust 2019 10:27 Oxunub 3866
Dünya çempionunun həlak olduğu qəzanın yeni görüntüləri – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi

İyun ayının 30-da özünün idarə etdiyi “Niva” markalı maşınla qəzaya düşüb dünyasını dəyişmiş qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anını əks etdirən yeni video üzə çıxıb.

Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, bu görüntülərdə idmançının idarə etdiyi avtomobilin arxadan zərbə almadığı dəqiq müşahidə olunur.

Məlumat üçün bildirək ki, bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi.

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh