Bakıda avtobus "Jeep"lə belə toqquşdu - REAL VİDEO - Bakıda

Avtosfer TV 17 Avqust 2019 15:09 Oxunub 5626
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının ön hissəsi ciddi xəsarət alır

Bakıda baş verən qəza kameralara düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində, Cavanşir körpüsünə çıxan istiqamətdə baş verib. Belə ki, ən sağ birinci zolaqla hərəkət edən “Jeep” markalı avtomobil yanında hərəkətdə olan iritutumlu avtobusun kor bucağına düşür. Nəticədə avtobus avtomobillə toqquşur. Maşının ön hissəsi ciddi xəsarət alır.

Qeyd edək ki, bu cür döngələrdə iritutumlu avtobus və yük maşınlarının dönmə trayektoriyasını nəzərə almaq lazımdır.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh