Bakıda 11 ilin "Hyundai Santafe"si getdiyi yerdə yanıb bu hala düşdü - VİDEO

Avtosfer TV 17 Avqust 2019 19:37 Oxunub 1623
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil hərəkətdə olan zaman mühərrik hissəsi yanmağa başlayıb

Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, “Buta Palace”in qarşısında “Hyundai” markalı avtomobil alışıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur. 

***

Qəza il bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:  "Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

***

Bakının Heydər Əliyev prospektində avtomobil yanıb. "Hyundai" markalı avtomobilin söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, yanğın hadisəsi barədə saat 14:10-da məlumat daxil olub. Yanğının qarşısı qismən alınıb və hazırda avtomobilin tam söndürülməsi üçün iş gedir.

Hadisə nəticəsində xəsarət alan yoxdur. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh