Göyçayda iki avtomobil toqquşdu: 5 yaralı

Qəzalar 17 Avqust 2019 15:26 Oxunub 1363
Göyçayda iki avtomobil toqquşdu: 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüdə qeydə alınıb. "VAZ 2107" və "Chevrolite" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir neçə dəqiqə sonra həmin hadisə yerindən 100 metr aralıda iki "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər yaralanıb. Hər iki hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh