Təyyarə yaşayış evinə çırpıldı: 1 ölü, 1 ağır yaralı - FOTO

Qəzalar 18 Avqust 2019 09:27 Oxunub 1074
Təyyarə yaşayış evinə çırpıldı: 1 ölü, 1 ağır yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı ev tamamilə dağılıb

ABŞ-ın Nyu-York ştatında yüngül iki mühərrikli “Cessna 303” təyyarəsinin yaşayış evinə çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Avtosfer.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, insident avqustun 17-si yerli vaxtla 16.15 radələrində Datçess dairəsi ərazisində qeydə alınıb. Bu barədə “NBC New York” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 3 nəfər kişi olub, onlardan biri ölüb. Qəza zamanı evdə olan ailə üzvlərindən, 21 yaşlı qız ölümcül travmalar alıb, 1 nəfər kişi isə itkin düşmüş hesab edilir. Hadisə vaxtı ev tamamilə dağılıb.

ABŞ Mülki Aviasiya Federal İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası əməkdaşları araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh