Sərnişin avtobusu TIR-a çırpıldı: 3-ü ağır, 37 yaralı - FOTO

Qəzalar 18 Avqust 2019 10:24 Oxunub 1228
Sərnişin avtobusu TIR-a çırpıldı: 3-ü ağır, 37 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
TIR-ın sürücüsü polis əməkdaşları tərəfindən həbs edilərək şöbəyə aparılıb

Türkiyənin Düzcə vilayətində sərnişin avtobusu və TIR-ın iştirakı ilə baş verən qəzada  37 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbuldan Diyarbəkirə gedən Hilmi Gündüzün idarə etdiyi 34 VKF 21 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, Anadolu avtomagistralının Ankara istiqamətinə - eyni yolda irəliləyən İsmayıl Özdəmirin idarə etdiyi 27 GA 076 qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb. Nəticədə 37 nəfər müxtəlif bəndən xəsarətləri ilə Düzcə və Boluda yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan üçünün vəziyyətlərinin ağır olduğu bildirilib. TIR-ın sürücüsü polis əməkdaşları tərəfindən həbs edilərək şöbəyə aparılıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh