DYP avtomobili 2 “VAZ”la toqquşdu: 3 yaralı - Mingəçevirdə

Qəzalar 21 Avqust 2019 09:16 Oxunub 942
DYP avtomobili 2 “VAZ”la toqquşdu: 3 yaralı - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub. Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh