Turistləri daşıyan avtobusu aşdı: 8 ölü, 29 yaralı - VİDEO

Qəzalar 21 Avqust 2019 10:15 Oxunub 694
Turistləri daşıyan avtobusu aşdı: 8 ölü, 29 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis, qəza əyləcdə yaranan nasazlıq səbəbindən baş verə biləcəyini söyləyib

Laosun qərbində çinli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Vieantiane ilə Luanq Prabanq rayonları arasında qeydə alınıb.

Məlumata görə, 46 nəfərin olduğu turist avtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 46 nəfərdən 8-i həyatını itirib, 29 nəfər isə müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

Avtobusda 43 çinli turistlə birlikdə 1 çinli tur rəhbəri, sürücü və 2 Laos vətəndaşı olduğu müəyyən edilib.

Polis, qəza əyləcdə yaranan nasazlıq səbəbindən baş verə biləcəyini söyləyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh