Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var

Qəzalar 21 Avqust 2019 14:48 Oxunub 1051
Yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib

İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də yaralanıb.

Dehqani əlavə edib ki, qəzaya səbəb yük maşınlardan birinin sürücüsünün yorğunluu olub.

İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda isə iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub 4 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh