Nəsimi DYP 3 ayda iki dəfə sərxoş maşın sürən şəxsi yaxalayıb - FOTO

Yol polisi 21 Avqust 2019 17:37 Oxunub 1278
Nəsimi DYP 3 ayda iki dəfə sərxoş maşın sürən şəxsi yaxalayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
15 gün həbs olundu

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində sərxoş vəziyyətdə 90 RM 422 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobili idarə edən Niyazi Qarayevi saxlayıblar. Avtosfer.az xəbər verir ki, tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, sürücü 3 ay əvvəl bir dəfə də içkili vəziyyətdə avtomobil idarə edən zaman saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü Niyazi Qarayev 15 gün müddətində inzibati qaydada həbs edilib. Onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh