Salyanda ağır yol qəzasında 1 nəfər xəsarət alıb

Qəzalar 21 Avqust 2019 21:20 Oxunub 1333
Salyanda ağır yol qəzasında 1 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun “Beton-zavod” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1991-ci il təvəllüdlü Manafov Orxan Məhəbbət oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Maşın yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə müxtəlif xəsarətlər alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh