Əcnəbini döyüb pulunu və telefonunu alan şəxslər saxlanılıb

Gündəm 22 Avqust 2019 12:36 Oxunub 460
Əcnəbini döyüb pulunu və telefonunu alan şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə avqustun 15-də baş verib. İki naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyərək 70 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh