İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa...

Yazarlar 22 Avqust 2019 13:00 Oxunub 1813
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür

Polis mayoru Elşad Hacıyev "İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?" adlı məqalə yazıb.  Avtosfer.az "Report"a istinadən həmin məqaləni təqdim edir:
Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməzdən bir gün öncə Bakı Şəhər Baş Polis idarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Faktın təsdiqini tapması, Kütləvi İnformasiya Vasitlərinin məsələyə həssas münasibəti göstərir ki, ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılması cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət edir.
Sosial şəbəkələrdə və digər ictimai yerlərdə “Polis bilir”, “Polis məlumatlıdır”, “Polisin işidir, mənə nə...”, “Polis görmür?” - deyə səsləndirilən şüarlarla müzakirə olunan hüquqazidd əməllər, əhəmiyyətinə və mənəvi yükünə görə, ictimai məsuliyyətsizlik, yaxud səhlənkarlıqdır.
Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh