Bakıda itkin düşən qız tapılıb
Gündəm 22 Avqust 2019 15:55 348 dəfə oxunub
Bakıda itkin düşən qız tapılıb
"Elnarə ötən gün artıq tapılıb və evindədir”

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib: "Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib. Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib".

Xatırladaq ki, 15 yaşlı Elnarə Əliyeva iki gün əvvəl gecə vaxtı evdən çıxaraq geri dönməmişdi. Onun yoxa çıxdığını görən valideynləri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə də məlumat vermişdilər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh