Bakıdan Naxçıvana avtobusla gedənlərə XƏBƏRDARLIQ

Gündəm 22 Avqust 2019 16:12 Oxunub 733
Bakıdan Naxçıvana avtobusla gedənlərə XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan sonra sərnişinlərin çantalarının bir dəfə yoxlanılması barədə qərar verilib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Naxçıvana avtobusla gedən sərnişinlərə müraciət edib. Avtosfer.az-a bununla bağlı xidmətin mətbuat katibi Nuridə Allahyarovanın verdiyi məlumatda bildirilir ki, Naxçıvana Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gündə iki dəfə olmaqla səhər və axşam reysləri mövcuddur: "Bu reyslər üzrə bileti olan sərnişinlərimizdən rica edirik ki, reysə 1 saat qalmış avtovağzalda olsunlar. BBAK-ın ərazisində təşkil edilən gömrük nəzarət yoxlamaları zamanı vaxt itkisi olmasın deyə sərnişinlərin 1 saat öncədən perronda olmaları arzuolunandır".

Məlumat üçün qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin avtobuslarımızın sərhəd-keçid məntəqələrində yoxlama prosedurları iki dəfə azaldılıb. İndiyədək Azərbaycandan Naxçıvana avtobusla gedən sərnişinlərin yükləri gömrük postlarında dörd dəfə yoxlamadan keçirilirdi. Bundan sonra isə İranla əldə edilən razılaşmaya əsasən, sərnişinlərin çantalarının bir dəfə yoxlanılması barədə qərar verilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamadan keçirilən çantalar möhürlənəcək və bir də Naxçıvanda açılacaq. Azərbaycan tərəfinin təklifi əsasında Qafqazda ilk dəfə reallaşdırılan bu layihə, sərnişindaşımada rahatlığın təminatına və gömrük postlarında sıxlığın aradan qaldırılmasına yönəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh