Mikroavtobus minik avtomobili ilə toqquşdu: 12 yaralı - FOTO

Qəzalar 22 Avqust 2019 16:51 Oxunub 1005
Mikroavtobus minik avtomobili ilə toqquşdu: 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Adıyaman vilayətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 12 nəfər yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında Kahta-Diyarbəkir avtomagistralının 8-ci kilometrliyində qeydə alınıb. Məlumata görə, Süleyman Hacı Ağırqayanın idarə etdiyi 02 KN 325 qeydiyyat nömrə nişanlı mikroavtobus,  Məhməd Çevikin idarə etdiyi 44 EZ 350 qeydiyyat nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə sürücülərlə birlikdə nəqliyyat vasitələrində olan 12 nəfər xəsarətlər alaraq ambulanslarla Kahta Dövlət xəstəxanasına yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh