Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - ANBAAN VİDEO

Gündəm 23 Avqust 2019 13:03 Oxunub 2405
Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib

Qoşa xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxır. Yol polisi sürücüyə dəfələrlə ''saxla'' əmri versə də buna məhəl qoymayaraq təkrar kobud qayda pozuntuları törədərək qaçır.

Görüntülər Bakıda ''Təhlükəsiz Şəhər'' kameralarına düşüb. Yol polisinə dəfələrlə manevretmə qaydasını pozan, işıqforun qırmızı işığından keçən və qoşa xəttin tələbin pozan sürücü ilə bağlı məlumat daxil olub. Dərhal Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmin sürücünün izinə düşərək onu təqib ediblər.

Uzun təqibdən sonra 21-ci polis bölməsinin əməliyyatçıları və yol polisi hərəkət iştrakçılarına təhlükə yaradaraq avtoxuliqanlıq edən ''99 AM 356'' dövlət qeydiyyat nişanlı, avtomobilin sürücüsü, Bakı şəhər sakini, 30 yaşlıKamil Umud oğlu Babayevi Nəsimi rayonu ərazisində saxlayıb. Saxlanılarkən polis onun başqa əməllərinin də üstünü açıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sürücü barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün məhkəməyə göndəriləcək.

Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub. Eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh