Maşınında sevgilisini telefonla döyüb qəbiristanlığa atdı - FOTO

Gündəm 23 Avqust 2019 16:56 Oxunub 1290
Maşınında sevgilisini telefonla döyüb qəbiristanlığa atdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları qadını döyən şəxsin axtarışlarına başlayıblar

Polis, avtomobilində sevgilisini döyüb qəbiristanlığa atan şəxsi axtarır. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda, Ağhisar məhəlləsində baş verib.

Məlumata görə, Fatma Y., sevgilisi Sərxan Y. ilə birlikdə avtomobillə gəzinti zamanı mübahisə ediblər. Bir müddət sonra mübahisə daha da böyüyüb və Sərxan Y., əlindəki mobil telefonla qadını vurmağa başlayıb.

Sərxan, baş-gözü qan içində olan qadını qəbiristanlıq ərazidə avtomobildən itələyib yol ataraq oradan uzaqlaşıb.

Fatma Y., vəziyyəti 155 qaynar xətinə zəng vuraraq bildirib.

İnsident yerinə gələn asayiş keşikçiləri Fatmanı ambulansla İnegöl Dövlət xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərilərək müalicə üçün palataya yerləşdirilib.

Polis əməkdaşları qadını döyən şəxsin axtarışlarına başlayıblar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh