Xəzər rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO

Yol polisi 23 Avqust 2019 17:34 Oxunub 2351
Xəzər rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə daha çox rast gəlinib.

Ətraf mühiti çirkləndirən sürücülərlə maarifləndirmə işləri davam edir. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi ilə birlikdə "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Bakı şəhəri Xəzər rayonunda keçirib. 

Aksiya zamanı 50-dən artıq avtomobil saxlanılıb. ETSN əməkdaşları avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarını yoxlayıblar. Ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin  sürücülərinə qayda pozuntuları izah edildikdən sonra cərimə olunublar.

Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə daha çox rast gəlinib.

Baş Dövlət Yol Polisi İdarəsi və ETSN bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir.

Qeyd edək ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh