Şəki yol polisi uşaq bağçasında - FOTO

Yol polisi 24 Avqust 2019 20:15 Oxunub 2194
Şəki yol polisi uşaq bağçasında - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlara yol hərəkəti qaydaları izah olunub

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 23 avqust 2019-cu il tarixdə Şəki şəhəri 25 saylı uşaq bağçasında maarifləndirici tədbir keçirib.

Uşaqlara əyani vasitələrdən istifadə etməklə piyada,avtomobil,küçə,yol,səki,işıqfor,piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumat verilib.Uşaq bağçasının tərbiyəçilərinə tövsiyyə olunub ki, uşaqlara işıqfor və digər yol nişanlarına,yol hərəkəti qaydalarına aid şeir və mahnılar öyrədilsin.

Şəki şəhəri 25 saylı uşaq bağçasının rəhbərliyi bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək belə tədbirlər təşkil etdiyinə görə polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, çıxış edərkən, bu tədbirlərin uşaqlar gələcəkdə böyüyəndə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədi ilə keçirilməsinin nəzərdə tutulduğunu və bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində davam etdiriləcəyini qeyd edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh