Qanunsuz yanacaq daşıyan avtomobildə 2 nəfər yandı

Gündəm 25 Avqust 2019 10:17 Oxunub 993
Qanunsuz yanacaq daşıyan avtomobildə 2 nəfər yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın nəticəsində 46 yaşlı sürücü və 16 yaşlı oğlu həlak olublar

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Nəhbəndan-Zahidan yolunun 43-cü kilometrliyində qanunsuz yanacaq daşıyan "Peugeot 405" markalı avtomobil aşıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Cənubi Xorasan vilayətinin Nəhbəndan rayonu yol polisi rəisi polkovnik Cavad Şahzehi deyib. C.Şahzehinin sözlərinə görə, avtomobilin aşması ilə yanğın baş verib.

Polis rəisi əlavə edib ki, yanğın nəticəsində 46 yaşlı sürücü və 16 yaşlı oğlu həlak olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh