Atası piyada keçidində vurulan uşağın ürəkparçalayan VİDEOSU

Avtosfer TV 25 Avqust 2019 10:30 Oxunub 6575
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər ölən şəxs bir nəfərin atası, qardaşı, oğlu, qızı, yaxud anası, bacısıdır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sosial çarxda atası piyada keçidində avtomobil tərəfindən vurulan uşaq əks olunur. Uşaq bildirir ki, arası hər zaman ona yol hərəkəti qaydalarını öyrədib, təhlükəsizlik kəmərindən istifdə edib. Amma bir gün yolu piyada keçidindən keçən zaman məsuliyyətsiz bir sürücü onu vurub.

Uşağın “bir dafa atam olmayacaq” sözləri yəqin ki, sürətli avtomobil idarə edən, piyadalara yol verməyn sürücülər üçün bir mesajdır.

Çünki hər ölən şəxs bir nəfərin atası, qardaşı, oğlu, qızı, yaxud anası, bacısıdır. Yollarda diqqətli olaq!

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh