"Formula 1": Növbəti mövsümün təqviminin təxmini versiyası dərc olunub - SİYAHI

Yarışma 28 Avqust 2019 13:07 Oxunub 2311
"Formula 1": Növbəti mövsümün təqviminin təxmini versiyası dərc olunub - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-prisi isə 7 iyuna təyin olunub

"Speedweek" nəşri 2020-ci il mövsümü üçün "Formula 1" təqviminin təxmini versiyasını dərc edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, gələn mövsüm dünya çempionatı 22 mərhələdən ibarət olacaq. İlk Qran-pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək. Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya salınıb.

Azərbaycan Qran-prisi isə 7 iyuna təyin olunub.

Təxmini təqvim:

15 mart - Avstraliya

22 mart - Bəhreyn

5 aprel - Vyetnam

19 aprel - Çin

3 may - Hollandiya

10 may - İspaniya

24 may - Monako

7 iyun - AZƏRBAYCAN

14 iyun - Kanada

28 iyun - Fransa

5 iyul - Avstriya

19 iyul - Böyük Britaniya

2 avqust - Macarıstan

30 avqust - Belçika

6 sentyabr - İtaliya

20 sentyabr - Sinqapur

27 sentyabr - Rusiya

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

15 noyabr - Braziliya

29 noyabr - BƏƏ.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh