“Mercedes” işıq dirəyinə çırpıldı: 3 nəfər yanaraq öldü - FOTO

Avtosfer Foto 28 Avqust 2019 14:37 Oxunub 1933
“Mercedes” işıq dirəyinə çırpıldı: 3 nəfər yanaraq öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha bir nəfər -14 yaşlı qız xəstəxanaya yerləşdirilib

Rusiyanın Saratov əyalətində 3 nəfər avtomobildə yanaraq ölüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 28-i gecə saatlarında Oqorodnoy küçəsində qeydə alınıb.

DİN-in əyalət üzrə regional qrupundan verilən məlumatına görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman sükan idarəetməsini itirib. Bundan sonra idarə etmədən çıxan avtomobil işıq dirəyinə çırpılaraq yanıb. Nəticədə sürücü və iki sərnişin avtomobilin salonunda yanaraq həyatlarını itiriblər. Daha bir nəfər -14 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh