Azərbaycanda görünməmiş vəhşilik: At və balasını öldürüb, dirəkdən asdılar - FOTOLAR

Avtosfer Foto 29 Avqust 2019 15:34 Oxunub 3580
Azərbaycanda görünməmiş vəhşilik: At və balasını öldürüb, dirəkdən asdılar - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcra Hakimiyyəti: "Belə bir vəhşilikdən söhbət gedə bilməz"

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.   

Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır. 

Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların - leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu "canavar ovçusu"na kənddə "gözün üstə qaşın var" deyən yoxdur. "Bu oğlan kənddə "at oynadır". Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik", - deyə Xoşbulaq sakinlərindən biri deyib.

Xeberle.com məlumatı dəqiqləşdirmək üçün Daşkəsən rayon icra hakimmiyəti  ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Məmmədov bildirib ki, şəkil qışda çəkilib, lakin məlumat dəyişdirilərək yeni xəbər kimi verilib. Əsla bu məlumatdakı kimi deyil. Həmin vətəndaşın qış aylarında özünə məxsus olan atı və onun balasına canavar hücum edərək parçalayıbmış. Kənd sakini canavarın onun digər heyvanlarına da ziyanlıq verməməsi üçün belə üsula əl atıb ki, canavarı tutsun. Məlumatda deyildiyi kimi belə bir vəhşilikdən söhbət gedə bilməz.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh