Məşhur müğənninin 5 milyonluq “Mercedes”ləri - FOTO
Avtodünya 31 Avqust 2019 20:07 1694 dəfə oxunub
Məşhur müğənninin 5 milyonluq “Mercedes”ləri - FOTO
Murad Boz sevgilisi Əsli Ənvərlə suşi yeməyə gediblər

Murad Boz sevgilisi Əsli Ənvərlə 5 milyon lirəlik (1.455.500 manat) avtomobillərlə görüntüləniblər. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Murad Boz ilə aktrisa Əsli Ənvər, dünən axşam İstanbulun Etilər qəsəbəsindəki “İoki” adlı “Uzaq Şərq” restoranında olublar.

Dostları ilə suşi yeməyə gedən sevgililər, məkandan çıxarkən paparazilərin kameralarına tuş gəliblər.

Cütlük bayıra çıxan vaxt, kamerdinerlər Murad Boza aid iki “Mercedes”i qapıya yaxınlaşdırıblar.

Murad Boz, qısa müddət əvvəl Yeniköy qəsəbəsindəki bir avtosalondan 3.3 milyon lirə (960.000azn) ödəyərək aldığı avtomobilə minib. Əsli Ənvər isə Bozun köhnə cipinin sükanı arxasına keçib. Jurnalistlərin suallarını cavabsız qoyan sevgililər “İyi axşamlar” - deyərək uzaqlaşıblar.

Bildirək ki, Bozun sözügedən avtomobillərinin ümumi dəyəri 5 milyon lirədir.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh