Ən güclü Lamborghini təqdim olundu: hibrid motorludur - FOTO
Avtodünya 4 Sentyabr 2019 18:16 368 dəfə oxunub
Ən güclü Lamborghini təqdim olundu: hibrid motorludur - FOTO
Yüngül hibrid sistemlə birlikdə bu güc 819 at gücünə çıxır

Lamborghini üçün ilkləri və ənləri bir araya toplayan Sian adlı hibrid super avtomobildən məhdud sayda istehsal ediləcək. Aventador platforması işlədilən maşında elektrik dəstəkli V12 motor istifadə edilir.

Chip.az bildirir ki, uzun müddətdir haqqında gizli məlumatar sızdırılan Lamborghini Sian üzərindəki örtük bu gün qaldırıldı. Lamborghini Sian, İtaliya brendinin ilk hibrid istehsal modeli və indiyə qədərki ən güclü super avtomobili olaraq qarşımıza çıxdı.

Картинки по запросу Lamborghini Sian

Məhdud sayda istehsal edilməsi planlaşdırılan Lamborghini Sian, Aventador modelinin platforması üzərində inşa edilib. İtaliya hibrid super avtomobil 6.5 litr V12 atmosfer mühərriyə sahibdir. Əmmə subapları titanyumdan hazırlanan modul 785 at gücü hasil edir. Yüngül hibrid sistemlə birlikdə bu güc 819 at gücünə çıxır. Bu sayədə ən güclü Lamborghini olmağı bacaran Sian-ın 0-100 km/s sürət alması 2.8 saniyə, maksimal sürəti isə 350 km/s olaraq ölçülür.

Gelmiş geçmiş en güçlü Lamborghini tanıtıldı: İşte hibrit motorlu süper otomobil Sian

 

Картинки по запросу Lamborghini Sian

Lamborghini Sian-ın yüngül hibrid sistemində 34 at gücünə çıxaran 48 volt elektrik mühərriyindən istifadə edilir. Həmin mühərrik, daha sürətli reaksiya və daha yaxşı çıxış əldə etmək üçün şanzımana inteqrasiya edilib. Lamborghini, elektrik mühərriki və təkərlər arasındakı bu birbaşa əlaqənin yüngül hibrid sistemlər içərisində bir ilk olduğunu bildirir. Sözügedən elektrik mühərriki aşağı sürətlərdə edilən hərəkətləri tək başına təmin edə bilir. Bu sayədə Lamborghini Sian-ı yalnız elektrik mühərrikini istifadə edərək park etmək mümkün olur.

Картинки по запросу Lamborghini Sian

Litium ion batareya əvəzinə super kondensator

Lamborghini Sian ilə gələn ilklərdən biri də hibrid sistemin enerji saxlama bölməsində qarşımıza çıxır. Çünki sözügedən ilk hibrid avtomobilində litium ion batareya əvəzinə super kondensatordan istifadə edilir. Bu sistemin eyni həcmdəki bir batareyadan üç qat daha güclü və yüngül olduğu deyilir. Sözügedən super kondensatorun ən uyğun ağırlıq tarazlığını yaratmaq adına kabina və motor arasında bir bölməyə yerləşdirildiyi bildirilir. Şirkətin bildirdiyinə görə elektrik mühərriki və super kondensatorun ağırlığı yalnız 34 kq-dır. Bu da maşındakı güc çəkisinin nisbətinin 1.0 kg/hp olmasını təmin edir.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Lamborghini Sian

Lamborghini Sianda şirkətin öz bazasında inkişaf etdirdiyi rejeneratif əyləc sistemi istifadə edilir. Bu sayədə tormoz zamanı enerjinin geri dönüşünə nail olmaq mümkün olur. Sürücü, toplanan enerjini 130 km/s sürətə qədər performansından istifadə etməyə imkan verir. Çarxda sürətlənmə müddətlərinin də əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığı söylənən Lamborghini Sian, 70-120 km/s sürətini SVJ-dan 1.2 saniyə əvvəl tamamlayır.

Qeyd edək ki, Lamborghini Sian avtomobildən yalnız 63 ədəd istehsal ediləcək. Lamborghini, bütün avtomobillərin satıldığını və hər bir maşının sahibinin istəkləri istiqamətində fərqli dizayna malik olacağını bildirib. Maşının qiyməti isə seçimlər xaric 3.3 milyon avro olaraq açıqlanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh